Fəvvarələr meydanındakı “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasındakı stendlərdən birində yanğın baş verib.
Axşam.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidməti cəlb olunub.
Qeyd edək ki, yarmarkanın bu gün 19:00-da açılışı nəzərdə tutulmuşdu.