Bu gün müğənni Lətifənin ad günüdür.
Axşam.az xəbər verir ki, sənətçi özəl gününü gecə saat 00:00-da ailəsi və dostları ilə birlikdə qeyd edib. Sənətçi "Qarabağ"ın "Napoli" ilə oyununu izləmək üşün məkanlardan birinə yollanıb. Həmin vaxt məkanda Lətifəyə sürpriz edilib.
Təəssüratlarını bölüşən ifaçı "Ailəm və dostlarım mənim üçün çox gözəl bir sürpriz etdilər. Restorana daxil olanda heç nə gözləmirdim, amma məni qarşılayan sevgi və səmimiyyət gecəmi unudulmaz etdi. Həmin anda "Qarabağ" – "Napoli" oyunu gedirdi. Nəticə necə olsa da, bizim üçün "Qarabağ" həmişə qalibdir. Ədalətsiz hakim qərarlarına baxmayaraq, onlar ürəklə oynadılar və qəlbimizdə hər zaman birincidirlər.
Bütün təbriklərə və gözəl sözlərə görə hər birinizə təşəkkür edirəm" sözlərini deyib.