Aparıcılığını Vüsalə Əlizadənin etdiyi "İncə səhər" verilişi yayımını yarımçıq dayandırıb.
Axşam.az xəbər verir ki, proqramda son günlər adı Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqalda hallanan Almaxanım Əhmədova, müğənni Pərviz Abdullayev və Namiq Qasımov yer alıb.
Almaxanımın ifasından sonra reklam nümayiş olunub və proqramın davamı yayımlanmayıb. Bunun əvəzinə isə kanalda serial yayıma başlayıb.