Dünya şöhrətli dramaturq vəfat etdi

Dünya şöhrətli dramaturq vəfat etdi
373 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünya şöhrətli dramaturq və rejissor Tom Stoppard 88 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, o, Britaniyadakı evində dünyasını dəyişib. Dramaturqun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Stoppard “Arkadiya”, “Həqiqi şey”, “Utopiya sahili”, “Rozenkrans və Gildenştern ölüdür” və digər məşhur pyeslərin müəllifidir. O, həmçinin “Aşiqlər Şekspiri” filminin ssenarisini yazıb və bu işinə görə “Oskar” mükafatına layiq görülüb.

1997-ci ildə Tom Stoppard rəsmi olaraq "cəngavər" adına layiq görülüb. Bununla yanaşı, Oksford ingilis dili lüğətinə onun şərəfinə “stoppardian” sifəti əlavə olunub.