Şahzadə Uilyam həyat yoldaşı Keyt Middltonla qeyri-adi hobbisini açıqlayıb.
Axşam.az xəbər verir ki, bu haqda o, "Page Six" nəşrinə müsahibəsində danışıb. Uilyam bildirib ki, o və həyat yoldaşı Keyt Middlton qış aylarında soyuq suya girməyi xoşlayırlar:
"Bundan sonra özünü əla hiss edirsən. Mənə çox xoşdur. Gəldiyim zaman çox qışqırıram və hay-küy salıram".
Uilyamın sözlərinə görə, o, bir neçə dəfə Şotlandiyada soyuq suya girib və bu məşğuliyyətə marağı ona Keyt Middlton aşılayıb.