Teleqramın qurucusu Pavel Durovun sevgilisi olduğu iddia edilən kriptokoç Yuliya Vavilova növbəti dəfə açıqlaması ilə gündəm olub.
Axşam.az xəbər verir ki, o, Pavellə ailə qurduğuna işarə edib. 26 yaşlı sevgilisi sosial media hesabında Durovu “həyat yoldaşı” adlandırıb.
O, paylaşımında “Ərim telefonumu götürüb başqaları ilə yazışma axtarır, amma orada daha qorxulu bir şey var…” sözlərini yazıb.
Bundan başqa paylaşımındakı ekran görüntüsündə 7, 8 rəqəmlərini və onların cəmi 15 yer alıb.
Qeyd edək ki, ötən il Durov 12 ölkədə sperma donorluğu nəticəsində dünyaya gələn 100-dən çox bioloji övladının, həmçinin üç fərqli qadından altı rəsmi uşağının olduğunu açıqlamışdı. İş adamı bu yaxınlarda vəsiyyətini açıqlayaraq bildirib ki, 106 uşağın hamısı miras hüququnda bərabər olacaq. 2024-cü ilə olan məlumata görə, Durovun sərvəti 15,5 milyard dollar qiymətləndirilir.
Yuliya Pavel Durovla birlikdə avqustun 24-də Paris hava limanında saxlanılıb. O, dindirildikdən sonra sərbəst buraxılıb.
