68 yaşlı britaniyalı jurnalist Mark Mardell Parkinson xəstəliyinə görə təyyarəyə buraxılmadığını iddia edib.
Axşam.az xəbər verir ki, aparıcı İstanbuldan Londona dönüş zamanı "Turkish Airlines" tərəfindən uçuşa buraxılmadığını söyləyib. Onun sözlərinə görə, hava yolu şirkəti Parkinson xəstəliyi olduğuna görə ondan həkimdən “uçuş üçün sağlamlıq” arayışı tələb edib.
Mardell arayış təqdim edə bilmədiyi üçün hava limanında yeddi saat qalıb. O, oktyabrın 20-də İstanbula problemsiz uçduğunu, geri dönərkən maneəylə qarşılaşdığını deyib.
Mardell oğlu tərəfindən yerləşdirildiyi hoteldə gecələdikdən sonra ertəsi gün "Wizz Air" ilə Londona qayıdıb. "Turkish Airlines"ə bununla bağlı müraciətindən sonra ona pul bütov formada geri qaytarılıb və tezliklə sağalması arzu edildiyi yer alan məktub verilib. Mardell vurğulayıb ki, halbuki Parkinson xəstəliyinin müalicəsi yoxdur.