Nişana dəvət alsa da getmədi

Nişana dəvət alsa da getmədi
10221 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunu övladının nişan mərasiminə çağırdığını, amma gəlmədiyini bildirib. 

Axşam.az xəbər verir ki, Şəbnəm bunun səbəbini açıqlayıb. O bildirib ki, nişana gec dəvət alıb:

"Həmin gün 2 toy məclisim var idi. 12-nin yarısı sonuncu məclisdən çıxdım. Sumqayıtda olduğu üçün gedə bilmədim. Mənə məclisi 2 gün əvvəl deyib, artıq digər toy sifarişlərini almışdım. Bakıda olsaydı, gedib baş çəkəcəkdim. Oğlunun qarşıda toyu var, ora mütləq gedəcəyəm. Həmin gün yüz toy dəvəti alsam da qəbul olmayacağam".