Ölkədə qızılca və suçiçəyi ilə bağlı son vəziyyət

Ölkədə qızılca və suçiçəyi ilə bağlı son vəziyyət
1114 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhali  arasında tibb müəssisələrində peyvənd işləri davam etdirilir”.

Axşam.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində son aylarda ölkədə qızılca xəstəliyi qeydə alınmır.

Qeyd edilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıdığı üçün adətən payız-qış aylarında qeydə alınır.

“Xəstəliyin ölkə üzrə kütləvi yayılması müşahidə edilmir. Xəstəlikdən qorunmaq üçün yoluxmuş şəxslərlə təmasda olmamaq, əlləri tez-tez yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək vacibdir.

Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır” deyə, əlavə edilib.