“Herri Potter” ulduzları Daniel Radklif və Tom Felton illər sonra bir araya gəlib.
Axşam.az xəbər verir ki, aktyorlar ötən gün Nyu-Yorkda “Merrily We Roll Along” filminin təqdimatına qatılıblar.
Daniel və Tom illər sonra bir-birlərini görəndə qucaqlaşıb və qısa söhbət ediblər. Daha sonra onlar birlikdə foto da çəkdiriblər. Bu, onların on ildən çox müddətdə çəkilən ilk birgə şəklidir. Onların belə bir fotosu 11 iyul 2011-də “Harry Potter və Ölüm Yadigarları: 2-ci hissə”nin Nyu-York premyerasında olub.
