Tehran məhkəməsindən Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı

Tehran məhkəməsindən Azərbaycan əsilli rejissorla bağlı həbs qərarı
290 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan əsilli iranlı rejissor Cəfər Pənahi barəsində tehran məhkəməsi qiyabi bir il həbs qərarı verib. 

Axşam.az xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Neyli “X” hesabında açıqlama yayıb. O bildirib ki, Pənahinin həmçinin 2 il müddətinə ölkədən çıxışına, ictimai və siyasi təşkilatlarda iştirakına qadağa qoyulub. 

Əlavə olunub ki, tanınmış rejissor İrandakı dini rejimə qarşı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edilib. 

İran mediası Pənahinin son zamanlar ölkə xaricində olduğunu yazıb.

Xatırladaq ki, bu ilin mayında C.Pənahinin “Sadə təsadüf” filmi “Kann” kinofestivalının baş mükafatı olan “Qızıl palma budağı”na layiq görülüb.