Yayıma başlamayan "A.B.İ" ("Aile bir imtihandır") serialında daha bir ayrılıq yaşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər edir ki, ekran işinin operator rejissoru layihəyə vida edib.
O, istehsal qrupu ilə fikir ayrılığı səbəbindən serialdan ayrılıb.
Qeyd edək ki, ekran işinə daha əvvəl ssenarist və rejissor vida edib. Çəkilişləri başlayan layihədə baş rolları Kənan İmirzalıoğlu ilə Afra Saraçoğlu canlandırır.