Kamilə Babayeva həyat yoldaşından danışdı - Video

Kamilə Babayeva həyat yoldaşından danışdı - Video
2293 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Kamilə Babayeva həyat yoldaşı İbrahim Rzabəyovdan danışıb. 

Axşam.az xəbər verir ki, "Astar" yutub layihəsində qonaq olan aparıcı bununla bağlı sualları cavablandırıb. O bildirib ki, xasiyyətçə bir-birlərinə heç bənzəmirlər:

"Dostlarımızın belə valideynləri var idi ki, deyirdilər siz çox fərqlisiniz. Çox sakitdir. Amma mən belə hesab etmirəm. Görünüş, emosiya olaraq sakitdir. Onun bu halı məndə arxayınlıq yaradır. Həyatı hamımızın gördüyü kimi görmür. Qarşı cinsin nümayəndələrinin dediyi cümlələrdən istifadə etmir. Həyata gözəl baxır. Onun bu addımı möhtəşəmdir. Hələ indiyənə kimi bir insan haqqında  pis nəsə deməyib.

Məsələn, mənim xətrimə dəyən olanda eynisini ona edirəm. Ağrıtmaq üçün acı söz deyərdim. İndi yox, dəyişmişəm. Bunun öhdəsindən tək gələ bilməzdim. Hərdən oturub onunla məişət mövzularını bölüşmək istəyirəm. Başlayan kimi deyir, cılızdır ey, danışma. İstədiklərini uzaqda axtar".

Qeyd edək ki, cütlüyün bir qız övladı var.