Yeni Zelandiyada bir kişi "Fabergé" kulonunu oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Axşam.az xəbər verir ki, 32 yaşlı kişiyə dəyəri 19,2 min dollardan çox olan Ceyms Bondun "Octopussy" filminə həsr olunmuş kulonu oğurlama ittihamı irəli sürülüb. Belə ki, işçilər müştəri kimi mağazaya daxil olan həmin şəxsin kulonu udduğunu iddia edir.
Zərgərlik əşyası hələ də tapılmayıb. Ehtimal olunur ki, kulon hələ də kişinin içindədir.
Kulon 18 karat qızıldandır, yaşıl emalla örtülüb və 60 brilyantla, 15 sapfirlə bəzədilib. İçində isə gözü brilyant olan qızıl osminoq var.
Kişi həmçinin həmin mağazadan iPad oğurluğunda və bir gün sonra bir evdən pişik qumu və parazit dərmanı götürməkdə ittiham olunur. O, həbs edilib və 8 dekabrda məhkəməyə çıxacaq.