Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı - Video

Reklam etdiyi pilinq Ləmanın üzünü yandırdı - Video
5522 dəfə oxunub
  • A-
  • A
  • A+

Tiktoker Ləman Vəliyevanın başına iş gəlib. 

Axşam.az xəbər verir ki, reklam etdiyi sarı pilinq sosial şəbəkə fenomeninin üzünü yandırıb. Ləman pilinqi düzgün istifadə etmədiyini və ona allergiya verdiyini qeyd edib. 

Ləman bildirib ki, pilinqdən 1 dəfə istifadə etmək əvəzinə 4 gün edib. Bu da onun üz dərisini yandırıb.

Bloger görüntülərini sosial şəbəkədə yayımlayaraq "Həkim məsləhəti olmadan pilinq etməyin. Yoxsa dərinizə allergiya verəcək. Bir dəfə vuranda təsir etmədi. Sonra başladı dərim yanmağa. Səhər durdum üzüm və gözüm şişib" sözlərini bildirib. 

L.Vəliyeva hazırda müalicə aldığını, allergiyanın qanına keçdiyini qeyd edib.