Aktor Keri-Xiroyuki Taqava vəfat edib
Axşam.az xəbər verir ki, məşhur yapon-amerikalı aktyor 75 yaşında dünyasını dəyişib. O, ABŞ-ın Santa-Barbara şəhərində ailəsinin yanında vəfat edib. Aktyorun ölümünə keçirdiyi insultdan sonra yaranan fəsadlar səbəb olub.
Qeyd edək ki, Taqavanın karyerasında böyük dönüş yaradan film Bernardo Bertoluççinin 1987-ci ildə çəkdiyi “Son imperator” olub. Bu ekran əsəri “Ən yaxşı film” nominasiyasında “Oskar” mükafatını qazanıb. Aktyora dünya şöhrəti isə “Mortal Kombat” filmində canlandırdığı "Şan Tsunq" rolu gətirib.
O, həmçinin “Geyşa xatirələri”, “Yüksək qəsrdəki adam” kimi tanınmış filmlərdə də rol alıb. Ümumilikdə aktyorun filmoqrafiyasında 150-dən çox rol var.