“Xəzər"in canlı efirində məşhurlar qorxulu anlar yaşadı – video
Bu gün “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişində maraqlı anlar yaşanıb.
Axşam.az-ın məlumatına görə, mövzusu “yumor” olan canlı efirdə qonaqlara sürpriz edilib.
Əməkdar artist Eyyub Yaqubov və bəstəkar Elçin İmanovun qonaq olduqları studiyada qəfildən partlayış səsi eşidilib və işıqlar söndürülüb. Qaranlıqda qalan qonaqlar qorxularını gizlədə bilməyiblər. Daha sonra aparıcılar bunun bir zarafat olduğunu açıqlayıblar.
Həmin anların əks olunduğu videonu təqdim edirik.