Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı

Bulvarda dənizdən tanınmış fotoqrafın meyiti tapıldı
1778 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda fotoqraf Eltac Rasim oğlu Zeynalov dənizdə boğularaq ölüb.

Axşam.az xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan 1986-cı il təvəllüdlü Eltacınn meyiti Dənizkənarı Milli Parkın sahilində sudan çıxarılıb.

39 yaşlı fotoqrafın hansı şəraitdə dənizə düşərək boğulması araşdırılır.

Qeyd edək ki, Eltac Zeynalov fotoqrafdır. O, həm də bir sıra sosial layihələrdə könüllü kimi iştirak edirdi.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.