Güllünün ölümündə şübhəli bilinən qızı saxlanıldı

Güllünün ölümündə şübhəli bilinən qızı saxlanıldı
1479 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün qızı Tuğyan Ülkem Gülter saxlanılıb.

Axşam.az xəbər verir ki, qəsdən adam öldürməkdə şübhəli bilinən Tuğyan və onun yaxın dostu Sultan Nur Ulu İstanbulun Böyükçəkməcə rayonunda ölkədən qaçmağa cəhd göstərdikləri iddiası ilə hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Faktla bağlı araşdırma davam edir.

Qeyd edək ki, Güllü bir müddət əvvəl evinin eyvanından yıxılaraq dünyasını dəyişib. Daha əvvəl Güllünün ölümündə təqsirli olduğu iddia edilən oğlu açıqlama yayaraq anasının intihar etməsi və ya bu işdə əli olmasını təkzib etmişdi. Bundan sonra onun qızı Güllünün ölümündə şübhəli bilinir.