Amerikanın məşhur “Time” jurnalı 2025-ci il üçün “İlin adamı” adını süni intellektin yaradıcılarına verib.
Axşam.az xəbər verir ki, bu barədə jurnalın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Onlar arasında “Meta”nın rəhbəri Mark Zukerberq, “X” şirkətinin sahibi İlon Mask, “Nvidia”nın direktoru Jensen Huanq və süni intellektin “xaç anası” kimi tanınan çinli Fei-Fei Li və başqaları var.
Nəşr açıqlamasında bildirib ki, 2025-ci il süni intellektin tam potensialının bəşəriyyətin gözləri önünə sərildiyi və geri dönüşün mümkün olmayacağının aydın göründüyü il olub. Məhz buna görə, düşünən maşınlar dövrünü gerçəkliyə çevirdiklərinə, insanlığı həm heyran edən, həm də narahatlığa salan dəyişikliklər yaratdıqlarına, bu günümüzü dəyişdirib mümkün olanın sərhədlərini genişləndirdiklərinə görə jurnal "İlin adamı" titulunu süni intellekt yaradıcılarına verib.
Qeyd edək ki, “Time” bundan əvvəl də bir neçə dəfə “İlin adamı” titulunu təkcə fərdlərə deyil, qrup, hadisə və ya obyektlərə verib.
