Maaşlar ayda iki dəfə veriləcək - Qanun dəyişir

Maaşlar ayda iki dəfə veriləcək - Qanun dəyişir
5935 dəfə oxunub
  • A-
  • A
  • A+

Aylıq əməkhaqları iki dəfə veriləcək.

Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər.