Məşhur rejissor Ceyms Kemeron "Forbes" jurnalı tərəfindən rəsmi olaraq milyarder elan edilib.
Axşam.az xəbər verir ki, rejissorun sərvəti 1,1 milyard dollar olaraq qiymətləndirilir. Onun çəkdiyi filmlərin ümumi gəliri isə 9 milyard dollardan çoxdur.
Qeyd edək ki, milyarder statusuna çatan digər məşhur kino xadimləri arasında Corc Lukas, Stiven Spilberq, Piter Cekson və Tayler Perri də var.