Aleyna Tilki və bir neçə türkiyəli məşhur saxlanıldı - Yenilənib

Aleyna Tilki və bir neçə türkiyəli məşhur saxlanıldı - Yenilənib
1071 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə aparılan narkotiklərlə bağlı istintaq çərçivəsində daha bir neçə tanınmış sima saxlanılıb.

Axşam.az xəbər verir ki, keçirilən əməliyyat nəticəsində müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak səhər saatlarında tutulub.

İddialara əsasən, əməliyyat İstanbul Respublika Prokurorluğunun rəhbərliyi ilə hüquq-mühafizə orqanları tərəfindən aparılıb və şübhəlilərin evlərində axtarışlar həyata keçirilib. İsrintaqla sənədlərdə “narkotik və ya psixotrop maddə istifadəsi” ilə bağlı şübhələrin araşdırıldığı qeyd olunur.

Hadisə ilə bağlı araşdırma davam edir.

***

Saxlanılanlar arasında aktrisa Mümine Senna Yıldız da yer alıb. 

Bundan başqa, haqqında saxlanılma qərarı çıxan Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü ünvanlarında tapılmayıb. Hazırda onların axtarışları davam edir.

Əməliyyatda çərçivəsində 11 şübhəlinin saxlanılması planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl də bir neçə məşhur sima bu səbəbdən saxlanılmışdı.