Türkiyəli müğənni Fatih Ürek komaya düşüb.
Axşam.az xəbər verir ki, Türkiyə mətbuatında yer alan məlumata görə, təxminən iki aydır reanimasiyada yaşamaq uğrunda mübarizə aparan ifaçı heç nəyə reaksiya vermir.
Həmçinin uzun müddətdir uzanmış vəziyyətdə qalan Fatih Ürekin bədənində yaralar əmələ gəlib.
Qeyd edək ki, 59 yaşlı Fatih oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı.