"Üç il əvvəl həyatımın ən gözəl möcüzəsi doğuldu" - Sevda

"Üç il əvvəl həyatımın ən gözəl möcüzəsi doğuldu" - Sevda
1380 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Sevda Yahyayeva böyük qızı Ayla ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, ifaçı övladının 3 yaşı tamam olduğunu yazıb.

"Üç il əvvəl həyatımın ən gözəl möcüzəsi doğuldu. Aylam. Səsinlə ruhumu sakitləşdirən, gülüşünlə dünyamı gözəlləşdirən qızım. Ad günün mübarək, ananın ürəyi" deyə, Sevda qızını təbrik edib.

Qeyd edək ki, sənətçi həkim Zakir Bayramovla ailəlidir. Cütlüyün Aida adlı daha bir qızı var.