Qərar verildi

Qərar verildi
1458 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə "HBO Max"da yayımlanan və müzakirələrə səbəb olan “Jasmine” serialı ilə bağlı qərar verilib.

Axşam.az xəbər verir ki, Radio və Televiziya Ali Şurasından (RTÜK) bildirilib ki, qurum seriala maksimum məbləğdə inzibati cərimə tətbiq olunmasına və serialın platformanın yayımından çıxarılmasını qərara alıb.

Ekran işinin məzmunu cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsipinə zidd hesab edilib.

Qeyd edək ki, ekran işində baş rolda aktrisa Asena Keskinci çəkilib.

“Bez Bebek” serialının “Yağmur”u kimi tanınan Asena bir müddət əvvəl ekran işinin baş rol ifaçısı olan "Nana" - Evrim Akının anasından onun həyat yoldaşının telefon nömrəsini alaraq, onları barışdıracağına söz verir. Amma sonra özü həmkarının atası ilə münasibət qurub və nikah masasına əyləşdiyini iddia edib. Asenanın bu açıqlaması Türkiyə seqmentində müzakirələrə səbəb olub.