"Buna görə aparıcılar məndən inciməsin"

"Buna görə aparıcılar məndən inciməsin"
2353 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün ad gününü qeyd edən aparıcı Zaur Kamal dəvət olunduğu proqramlara getməməsinin səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, "Həmin Zaur" verilişində oğlu Bartunun "Atasısifət" rubrikasında suallarına cavab verərkən danışıb.

"Heç bir verilişə getmirəm. Çünki həmişə sualları mən verirəm. Amma dəvət aldığım verilişdə özümü narahat hiss edirəm. Onda elə bul ki, öz qabımda olmuram. Ona görə də verilişlərə getmirəm. Buna görə digər aparıcılar məndən inciməsin" deyə, Zaur bildirib.