Ötən gün 61 yaşında vəfat edən meyxanaçı Ağakırim (Kərim Novruzov) Maştağada dəfn edilib.
Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun nəşi Maştağa kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib.
Xatırladaq ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.