Onkoloji xəstələrə görə kamera qarşısında saçlarını qırxdılar - Video

Onkoloji xəstələrə görə kamera qarşısında saçlarını qırxdılar - Video
1216 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış “Cahan” qrupu “Dərd eləmə” adlı mahnısına maraqlı klip çəkdirib. 

Axşam.az xəbər verir ki, ekran işinin çəkilişində iştirak edən aktyorlar saçlarını qırxıblar. Klipin motivi onkoloji xəstələrə dəstək xarakteri daşıyır.

Bu səbəbdən də aktyorlar bir an belə düşünmədən rejissorun təklifinə əməl ediblər. Qrup üzvləri bu layihənin də uğur qazanacağına əmindir. 

Qeyd edək ki, klipin ideya müəllifi və prodüseri Vüqar Şəfiyev, rejissoru Nicat Əlişovdur. 

Klipin devizi “Sevgi hər şeyə qalib gəlir” ifadəsidir. 

Mahnının musiqisi  Elçin Cəfərov, sözləri RAFO-ya aiddir.