Şəhid qızı olan hakim avtoqəzada həlak oldu

Şəhid qızı olan hakim avtoqəzada həlak oldu
3513 dəfə oxunub
  • A-
  • A
  • A+

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada ölüb.

Axşam.az xəbər verir ki, Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən hakimin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, onun avtomobilini sürücüsü idarə edib.

Qeyd edək ki, Aynur Rzayeva şəhid övladıdır. O bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" sərəncamı ilə təyinat almışdı.