Enriki İqlesiasın dördüncü övladı oldu - Foto

Enriki İqlesiasın dördüncü övladı oldu - Foto
1156 dəfə oxunub
  • A-
  • A
  • A+

İspaniyalı müğənni Enriki İqlesiasın dördüncü övladı olub.

Axşam.az xəbər verir ki, bu barədə onun sevgilisi rusiyalı keçmiş tennisçi və model Anna Kurnikova sosial media hesabında paylaşım edib. 

O, paylaşımında "Mənim günəşim, 12.17.2025" deyə, yazıb. O, körpəsinin cinsiyyətini və adını açıqlamayıb.

Qeyd edək ki, cütlüyün Nikolas, Lüsi adlı əkizləri və Meri adlı qızları var.