Bu ili süni intellektlə "yola verənlər" - Fotolar

Bu ili süni intellektlə "yola verənlər" - Fotolar
6092 dəfə oxunub
  • A-
  • A
  • A+

2025-ci ildə sənət adamları daha çox süni intellektdən istifadə ediblər. Çoxları hazırlaşıb, bəzənib-düzənib obyektiv qarşısına keçməkdənsə, süni intellektlə fotolar hazırlayıb, instaqram hesablarını bəzədilər. 

Axşam.az geridə qoyduğumuz ildə bu sahədə ən aktiv olan sənət adamlarını təqdim edir:

Müğənni Natavan Həbibi bu il demək olar ki, bütün paylaşımlarını süni intellektlə edib. Sənətçi bu proqram vasitəsi ilə bir-birindən fərqli fotolar hazırlayıb və izləyiciləri ilə bölüşüb. 

Əməkdar artist Abbas Bağırov da süni intellekt sevən ifaçılardandır. Sənətçi bu aralar fotolarının əksəriyyətini süni intellektlə hazırlayır.

Əməkdar artist Könül Kərimova həm süni intellekt, həm də fotoşopdan çox istifadə edən sənət adamlarındandır. Müğənni son günlər sosial şəbəkə hesabında bu tip fotolar tez-tez paylaşır.

Əməkdar artist Vəfa Zeynalova da süni intellekti sevənlərdəndir. Aktrisa proqramla fərqli tərzdə fotolar düzəldib sosial şəbəkə hesabında paylaşıb. 

Əməkdar artist Mətanət İsgəndərlinin də sosial şəbəkə hesabı demək olar ki, süni intellektlə düzəldilən fotolarla doludur. İfaçı özü də keyfiyyətsiz görüntülər paylaşır.