Dünyaca məşhur videooyunların – "Call of Duty" və "Battlefield 6" layihələrinin yaradıcısı Vins Zampella Cənubi Kaliforniyada avtomobil qəzasında həlak olub.
Axşam.az xəbər verir ki, Hadisə Anxeles-Krest magistralında baş verib. Vins Zampellanın idarə etdiyi "Ferrari" markalı avtomobili yoldan çıxaraq beton arakəsməyə çırpılıb və yanmağa başlayıb.
Zərbədən sonra sürücü avtomobildə sıxışıb qalıb və alovda dünyasını dəyişib. Avtomobildə olan sərnişin isə ön şüşədən çölə atılıb və xəstəxanada dünyasını dəyişib.