Hülya maşını ilə dənizə aşmaqdan son anda xilas olub

Hülya maşını ilə dənizə aşmaqdan son anda xilas olub
1296 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin müğənni və aktrisası Hülya Avşar avtomobil qəzasına düşüb. 

Axşam.az xəbər verir ki, bu haqda türk mediası xəbər yayıb. Bildirilib ki, sənətçi özünə ad günü hədiyyəsi olaraq 10 milyon lirəyə (təxminən 397 000 manat) lüks maşın alıb. Həmin avtomobili ilə Hülya Tarabya çimərliyində qəzaya uğrayıb. 

Məlumata görə, əyləc əvəzinə qaz pedalına basan Hülyanın maşınının arxa hissəsi dəniz olan divara çırpılıb. Müğənni son anda avtomobilinin dənizə düşməsinin qarşısını alıb.

Sənətçi sosial media hesabında qəza xəbərlərinin doğru olduğunu, amma hadisədən ay yarım keçdiyini deyib:

“Bu gün xəbəri yayılan qəza hadisəsi təxminən 1,5 ay əvvəl baş verib. Mən tamamilə yaxşıyam. Zəng edən, soruşan və mesaj göndərən hər kəsə təşəkkür edirəm”.