Sürət həddi endirildi

Sürət həddi endirildi
255 dəfə oxunub
  • A-
  • A
  • A+

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-hava limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Axşam.az xəbər  verir ki, bu barədə  Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

"Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - NİİM-in sürücülərə müaciətində bildirilir.