"TRT 1"in məşhur "Taşacaq bu deniz" serialında Gökhan obrazını canlandıran Ali Öner nişanlısı Livanur Aydından ayrılıb.
Axşam.az xəbər verir ki, cütlük ötən yay ailə üzvləri arasında sadə bir mərasimlə nişanlanıb və xoşbəxt fotoları sosial mediada geniş müzakirə olunub.
Lakin fotoların silinməsi ilə münasibətlərinin ilk olaraq bitdiyi iddiası ön plana çıxıb. Tərəflər bir-birini izləmədən çıxardıqda, ayrılıq iddiaları daha da güclənib.
Qeyd edək ki, türkiyənin ən yaxşı modeli titulu ilə də tanınan Öner keçən avqustda ailə üzvləri arasında sadə bir mərasimlə Aydınla nişanlanmışdı.