Arif Quliyev müğənnilik etdi - video
Xalq artisti Arif Quliyev mahnı oxuyub.
Axşam.az-ın məlumatına görə, “Bizim gün” verilişində qonaq olan aktyor “Belə olar həmişə” bəstəsini ifa edərək hər kəsi təəccübləndirib. O, bir çox məclislərdə mahnı oxuduğunu bildirib:
“Bu nəğmələri konsertlərdə, tamaşalarda, ad günlərində ifa edirəm. Gələn il ad günümdür. İstəyirəm səsimdən istifadə edib, mahnı çələngi hazırlayım. İstəsəniz, canlı da oxuyaram”.
Əvvəlcə fonoqramla ifa edən A.Quliyev daha sonra bir neçə canlı mahnı da səsləndirib.