Prezidentin arzusu ürəyində qaldı - video

Prezidentin arzusu ürəyində qaldı - video
1139 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ prezidenti Barak Obama Əmək günü ilə bağlı istirahət günlərində qolf oynaya bilməyib.

Nyu-Yorkun bir neçə iri qolf klubu meydançalar dolu olduğu üçün ABŞ liderinin rezervasiya istəyinə imtina cavabı verib. Bu xəbər Amerika mətbuatının əsas müzakirə mövzusuna çevrilib.

“The Washington Post”-un məlumatına görə, klubların menecerləri zəngin və daimi müştərilərini bir prezidentə görə itirmək istəməyiblər. Qəzet yazır ki, Əmək günü ilə bağlı istirahət günləri qolf klubları üçün ən gəlirli vaxtdır. Bu klublara üzvlük haqqı 100 min dolları ötür.