Fransada Luvr muzeyi bazar ertəsi dördüncü dəfə ziyarətçilər üçün bağlanıb.
Axşam.az xəbər verir ki, bu barədə muzeyin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu, dekabr ayının ortalarında əmək şəraitinin pisləşməsi və resursların çatışmazlığından narazı olan işçilərin başlatdığı tətillə əlaqədardır.
Xatırladaq ki, 12 yanvar tarixində də muzey tətil səbəbindən fəaliyyət göstərməyib. Dekabr ayında Luvr bir gün ərzində tamamilə bağlı olub, daha sonra isə bir neçə gün qismən açıq qalıb.
Luvrda baş vermiş oğurluq hadisəsindən təxminən üç ay sonra muzeyin personalı işçi sayının artırılmasını və keçmiş kral sarayının saxlanma şəraitinin yaxşılaşdırılmasını tələb edib.
Dekabr ayında keçirilən tətilə muzeyin təxminən 350 əməkdaşı qatılıb. Onlar arasında idarəçilər, mədəni irsin qorunması üzrə mütəxəssislər və köməkçi xidmət işçiləri də olub.