Uşaqlar reklama yalnız bu halda çəkilə bilər

Uşaqlar reklama yalnız bu halda çəkilə bilər
348 dəfə oxunub
  • A-
  • A
  • A+

Reklamda uşağın görüntüsü valideynlərinin razılığı ilə istifadə edilə biləcək.

Axşam.az-ın məlumatına görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Reklam haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, reklamda uşağın görüntüsü əks olunan materiallardan yalnız onun valideynlərinin (onları əvəz edən şəxslərin) razılığı ilə istifadə edilə bilər.