London şahzadəsinin maşını ağır-yol qəzasına düşüb.
Axşam.az-ın məlumatına görə, “Qafqazinfo” Daily Mail-ə istinadən xəbər verir ki, hadisə şahzadə Harri “Invictus Games” yarışlarına gedən zaman baş verib.
Şahzadəni müşaiyət edən kortejin motosikletlərindən biri üzbəüz gələn taksi ilə toqquşub. Sürət yüksək olduğundan kortej üzvü 9 metr kənara yuvarlanıb. Taksi sürücüsü isə yalnız maşının üstü kəsildikdən sonra oradan çıxarılıb.
II Yelizavetanın nəvəsi Harri isə bu zaman “Range Rover”ində olub. Onun maşını yalnız qəzadan sonra hadisə yerinə çatan zaman dayana bilib.
Hadisə şahidlərinin sözlərinə görə, maşından çıxan Harri başını tuturaq qəzaya uğramış insanların vəziyyəti ilə maraqlanıb.
Kortej üzvünün vəziyyətinin yaxşı olduğu bildirilsə də, taksi sürücüsü hələ də xəstəxanadadır.