Məşhur pinqvindən sonra bu layihəni edir

Məşhur pinqvindən sonra bu layihəni edir
696 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə yeni layihəsi haqda açıqlama verib. 

Axşam.az xəbər verir ki, sənətçi son günlər sosial şəbəkədə viral olan pinqvin görüntüsündən ilhamlandığını bildirib. 

"İlk dəfə mahnını "Afaqla 10lar" proqramında ifa etdik. Amma hələ gizli saxlayırıq. "Penguin" layihəsi məni həqiqətən çox təsirləndirdi. Bu layihənin enerjisi, ideyası və peşəkarlığı insanı dərhal öz içinə çəkir. Hazırda Türkiyədə Günel Nəzərova güclü bir komanda ilə bu lahiyə üzərində işləyir. Layihənin türk prodakşını paralel şəkildə bir neçə ölkədə fəaliyyət göstərir. "Penguin" artıq sərhədləri aşan, beynəlxalq miqyasda inkişaf edən bir layihəyə çevrilib. Bu, sadəcə bir layihə deyil bu, böyük vizyonun başlanğıcıdır".

Qeyd edək ki, məşhur rejissor Verner Hersoqun 2007-ci ildə çəkdiyi “Dünyanın sonundakı görüşlər” sənədli filmindən olan kadr illər sonra “Nihilist pinqvin” adı ilə qlobal müzakirə mövzusuna çevrilib. Antarktikada lentə alınan görüntülərdə bir Adeli pinqvininin koloniyadan ayrılaraq təkbaşına əks istiqamətə – dağlara doğru getməsi əks olunub.