Sosial şəbəkədə dünyasını dəyişən məşhur simalarla bağlı paylaşılan video diqqət çəkib.
Axşam.az xəbər verir ki, süni intellektlə hazırlanan videoda mərhum Xalq artisti Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş), Əməkdar artistlər Baloğlan Əşrəfov, Aygün Bəylər, Cabir İmanov, aktyor Azər Baxşəliyev, reper Hüseyn Dərya yer alıblar. Onların görüntüsü məzarlarının başında düzəldilib.
Sözügedən videonu "mistereditolog" səhifəsi hazırlayıb.