Xalq artisti Aygün Kazımova ötən gün məkanlardan birində çıxış edib.
Axşam.az xəbər verir ki, konsert zamanı bir qız səhnəyə çıxaraq, Pop kraliçadan yardım istəyib. O, qardaşının sevdiyi xanıma evlilik təklifi etmək istədiyini bildirib.
Kazımova həmin gənci səhnəyə dəvət edib. Müğənni cütlüyə xoşbəxtlik arzulayıb.