Xəbər verdiyimiz kimi, bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib. Buna səbəb isə onun uşaqları üçün aliment ödəməməsi olub.
Axşam.az xəbər verir ki, Oqtaya növbəti cinayət işi açılıb. Buna səbəb isə onun məhkəmə qərarını yerinə yetirməməsi olub.
Bildirilib ki, məhkəmə qərarının icra edilməməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başladılıb və ona rəsmi qaydada ittiham elan olunub. Müəyyən edilib ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən aliment öhdəliyi uzun müddət ərzində yerinə yetirilməyib, nəticədə 9600 manat məbləğində borc yaranıb. Məhkəmə qərarlarının icrasından qəsdən yayınma və aliment ödənişlərinin illərlə verilməməsi faktları üzrə toplanan materiallar əsasında müvafiq tədbirlər görülüb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qanunvericiliyin tələblərinə əsasən, məhkəmə qərarlarının icrası məcburidir və bu öhdəliyin yerinə yetirilməməsi cinayət məsuliyyəti yaradır.
Qeyd edək ki, Oqtay sosial şəbəkədə canlı yayım açaraq Ayselin ünvanına təhqirlər yazıb. Aysel qarşı tərəfi məhkəməyə verib. O, eyni zamanda keçmiş həyat yoldaşının əkiz uşaqları üçün aliment ödəmədiyini, onun borcunun yığıldığını deyib.