Ağadadaş Ağayev sənət adamlarına səsləndi

Ağadadaş Ağayev sənət adamlarına səsləndi
1752 dəfə oxunub
  • A-
  • A
  • A+

"Musiqini hər kəs öz zövqünə görə təqdim edir. O da boşluğa gətirib çıxarır. Bunu isə sənətkarlar doldura bilməz. Yaxşı sənətkarlar da kənara çəkilir. Bu da getdikcə böyüyür. Bir yerdə ki, musiqimin bütün çalarları darmadağın edilir, o zaman ədaləti pozulur. Yaşlı nəsil isə deyir ki, mənə nə?".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Gün ortası" proqramında deyib. Müğənni sənət adamlarına səslənib:

"Hamı deyir, qarışmayım, məndən keçsin. Kənara çəkilməməmlidirlər, irəli durmalıdırlar. Şou-biznesin strukturu olmalı, qanunla icra edilməlidir. Bizdə belə bir qurum yoxdur. Yazılan, yazılmayan qanun yoxdur. Kiminlə dava aparırsınız? Yaşlı müğənnilər bir-birini qırırlar. Sağlam rəqabət apara bilmirlər. Mənə də paxıllıq edənlər var. Paxıllar çox olanda sevinirəm. Deməli yaşayıram. Mənim varlığım onları narahat edirsə, bu, onların xəstəliyidir. Onlar müalicə olunmayan insanlardır".