Teleqram messencerinin administrasiyası bir gün ərzində yüz minlərlə kanal və qrupu bloklayıb.
Axşam.az xəbər verir ki, bu haqda məlumat şirkətin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, fevralın 15-də platforma qadağan olunmuş kontentin əks olunduğu 235 mindən çox qrup və kanalı bloklayıb. Bloklanan kanal və qrupların əsasən pornoqrafik və terror məzmunlu materiallar yaydığı açıqlanıb.