TƏBİB Vüqar Qurbanovla bağlı məlumat yaydı

TƏBİB Vüqar Qurbanovla bağlı məlumat yaydı
1192 dəfə oxunub
  • A-
  • A
  • A+

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının qərarı ilə Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in İcraçı direktoru vəzifəsindən azad edilib. 

Axşam.az  xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Müşahidə Şurasının digər qərarı ilə TƏBİB-in İcraçı direktoru vəzifəsinin müvəqqəti icrası Anar İsrafilova həvalə edilib.