"Fevralın 24-25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində çiskinli yağış proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 7–10 dərəcə isti təşkil edəcək".
Axşam.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, bölgələrdə fevralın 24-də arabir yağıntılı hava şəraiti davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Fevralın 25-də gündüz saatlarında yağıntılarda fasilə gözlənilir. Havanın maksimal temperaturu Aran rayonlarında 8–13, dağlıq ərazilərdə isə 0–5 dərəcə isti olacaq.