20 ildir əziyyət çəkdiyi xəstəliyə görə intihar etdi

20 ildir əziyyət çəkdiyi xəstəliyə görə intihar etdi
1447 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktyoru Robert Rid Karradin intihar edib.

Axşam.az xəbər verir ki, 71 yaşlı aktyor Bipolyar pozğunluqla (xroniki psixi xəstəlikdir) təxminən 20 il davam edən ağır mübarizədən sonra öz həyatına son qoyub.

Qeyd edək ki, Robert mərhum aktyor Con Karradinin oğlu idi. O, "Nerdlərin qisası", "Kovboylar", "Sərt küçələr", "Lizzi MakQuayr" kimi məşhur ekran işlərində rol alıb.